Avstriya ilə iqtisadi, ticari və mədəni əməkdaşlığımızı davam etdirəcəyik - Mövlud Çavuşoğlu

Avstriya ilə iqtisadi, ticari və mədəni əməkdaşlığımızı davam etdirəcəyik - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

Avstriya ilə iqtisadi, ticari və mədəni əməkdaşlığımızı davam etdirəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Vyanada həmkarı Aleksandr Şallenberqlə görüşü zamanı deyib.

"Biz iqtisadi, ticari və mədəni əməkdaşlığımızı davam etdirəcəyik. Eyni zamanda, həmkarım Aleksandr Şallenberqlə birlikdə Ukrayna, Suriya və Cənubi Qafqazdakı hadisələri müzakirə etdik", - deyə Çavuşoğlu bildirib.

Avstriyanın Türkiyədə baş verən zəlzələlərdə yardımlarını əsirgəmədiyini dilə gətirən Çavuşoğlu, Aleksandr Şallenberqə təşəkkür edib.