İskəndərunda dəniz səviyyəsi qalxıb

İskəndərunda dəniz səviyyəsi qalxıb

Bakı,TurkicWorld:

Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində fırtına səbəbindən dəniz səviyyəsi qalxıb.

TurkicWorld AzerPress-ə istinadən məlumat verir ki, şəhərin Atatürk küçəsi su altında qalıb, yaxınlıqdakı küçələrdə hərəkət üçün çətinliklər yaranıb.

Qeyd edək ki, zəlzələ nəticəsində İskəndərunun bəzi yerlərində çatlar yaranması səbəbilə bəzi küçələr polis tərəfindən təhlükəsizlik zolağı ilə bağlanıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 45 min 89 nəfərə çatıb.