Hatayda 4.1 bal gücündə zəlzələ olub

Hatayda 4.1 bal gücündə zəlzələ olub

Bakı, TurkicWorld:

Türkiyənin Hatay vilayətinin Arsuz bölgəsində saat 14:02- də 4.1 bal gücündə zəlzələ baş verib.

TurkicWorld AzerPress-ə istinadən məlumat verir ki, zəlzələ 7 kilometr dərinlikdə baş verib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 45 min 89 nəfərə çatıb.