Azərbaycan və Türkiyə qardaş ölkədir - MÜSİAD Azərbaycan İdarə heyyətinin üzvü

Azərbaycan və Türkiyə qardaş ölkədir - MÜSİAD Azərbaycan İdarə heyyətinin üzvü

Bakı. TurkicWorld:

Bakıda ticarət fəaliyyətini davam etdirən MÜSİAD Azərbaycanın İdarə heyyətinin üzvü və Türkiyənin Nevşehir şəhərindən olan iş adamı Hüseyn Yapar Azərbaycan və Türkiyənin hər zaman qardaş ölkə olduğunu bildirib. TurkicWorld-ün məlumatına görə, Yapar bu fikri Nevşehir İl Baş Məclisinin üzvü Haydar Çiftçi ilə Nevşehirin ən çox izlənən internet qəzeti FİB Haber.Com-un baş ofisinə etdikləri ziyarət zamanı bildirib.

İki qardaş ölkə arasında ticari, mədəni və sosial əməkdaşlığın artırılmasının ən böyük məqsədlərindən biri olduğunu qeyd edən Yapar Azərbaycanın Bərdə şəhəri ilə Türkiyənin Anadolu bölgəsindəki qədim Nevşehir şəhərinin qardaş şəhər olmasının sevindirici olduğunu vurğulayıb.