Səudiyyə Ərəbistanı İstanbula uçuşları bərpa edir

Səudiyyə Ərəbistanı İstanbula uçuşları bərpa edir

Bakı. TurkicWorld:

Saudi Arabian Airlines (SVA) hava yolları iki illik fasilədən sonra İstanbula uçuşları bərpa edir. TurkicWorld-un məlumatına görə havayollarının ilk planlaşdırılmış reysi mayın 7-də Ər-Riyad və Ciddədən İstanbul hava limanına olacaq.

Şirkət mayın 11-də isə Mədinədən İstanbula uçuşlar həyata keçirəcək. Ciddə və Mədinə reysləri həftənin hər günü qarşılıqlı şəkildə həyata keçiriləcək. Ər-Riyad uçuşları həftənin 3 günü, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri təşkil olunacaq.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbi ilə 2020-ci ilin mart ayından etibarən ehtiyat tədbiri olaraq bütün beynəlxalq uçuşları dayandıran Səudiyyə Ərəbistan Hava Yolları bu prosesdə tədricən beynəlxalq uçuşları bərpa edib.