Azərbaycan qadınının mədəni və əqli mülkiyyət sferasında çox önəmli rolu var - Nazir

Azərbaycan qadınının mədəni və əqli mülkiyyət sferasında çox önəmli rolu var - Nazir

Bakı. TurkicWorld:

Azərbaycan qadınının mədəni və əqli mülkiyyət sferasında çox önəmli rolu var.

TurkicWorld-un məlumatına görə, bu barədə mədəniyyət naziri Adil Kərimli "Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq" mövzusunda konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün mədəniyyət sahəsinin bir çox sahələrində qadınların xüsusi fəallığı var.

"Dünyadakı bəzi indeks göstəriciləri ilə bağlı fərqli yanaşmalar mövcuddur. Düşünürük ki, bu gün Azərbaycanda vəziyyət heç də pis deyil. Qadınların istənilən sahədə öz töhfələrini verməsi üçün Azərbaycanda kifayət qədər imkanlar var", - deyə nazir əlavə edib.