Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb - TÜRKPA

Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb - TÜRKPA

Bakı. TurkicWorld:

İllər keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamından 31 il keçir.

Azərbaycanın Xocalı şəhərinə hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib, girov götürülüb.

İllər keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb, düşüncələrimizdə, qəlbimizdə qalıb. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onların ruhuna rəhmət diləyir, Azərbaycan xalqına və hökumətinə dəstəyini davam etdirir", - deyə bəyanatda bildirilir.