Bakı. TurkicWorld:
Yeni şəhər gündəliyi inklüziv və dayanıqlı inkişafı prioritetləşdirir.
TurkicWorld xəbər verir ki, bunu Kanadanın Mənzil, İnfrastruktur və İcmalar Nazirliyində nazir müavini müavini vəzifəsini icra edən Janet Golding WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
O bildirib ki, son 10 il ərzində Yeni Şəhər Gündəliyi Kanadanın şəhər və icmalarla bağlı yanaşmasında mühüm dəyişikliklərə səbəb olub və ölkə daha çox insan mərkəzli, inteqrasiya olunmuş və inklüziv şəhər inkişafı modelinə keçid edib.
Golding qeyd edib ki, Kanada 2017-ci ildə Mənzil Strategiyasını qəbul edərək, xüsusilə mənzilə ehtiyacı olan həssas qrupların vəziyyətinin yaxşılaşdırılması üçün 115 milyard dollardan çox federal investisiya planlaşdırıb.
Onun sözlərinə görə, Kanada şəhərlərin və icmaların milli siyasətlərin həyata keçirilməsində rolunu gücləndirib, yerli idarəetmələrə və yerli icmalara daha çevik maliyyələşmə və qərarvermə imkanları verib.
Rəsmisi həmçinin vurğulayıb ki, Kanada "Build Canada Homes" adlı yeni federal qurum vasitəsilə mənzil tikintisinin daha sürətli və koordinasiyalı şəkildə həyata keçirilməsinə çalışır. Bu çərçivədə dövlət torpaqlarının mənzil tikintisinə cəlb olunması, maliyyələşmənin çevikləşdirilməsi və müasir tikinti üsullarının tətbiqi nəzərdə tutulur.
Janet Golding Kanadanın gələcək üçün üç əsas prioritetini də açıqlayıb: "Tikinti və şəhər inkişafında sürət və miqyasın artırılması, inklüzivlik və tərəfdaşlıqların gücləndirilməsi, iqlimə davamlılıq və dayanıqlılığın təmin edilməsi".
O, həmçinin qeyd edib ki, şəhər inkişafı siyasətləri iqlim dəyişikliklərinə uyğunlaşdırılmalı, enerji səmərəliliyi artırılmalı və fəlakətlərə qarşı dayanıqlılıq gücləndirilməlidir.
Kanada rəsmisi sonda vurğulayıb ki, 2030-cu il hədəflərinə doğru irəliləyiş üçün beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və şəffaflıq mühüm rol oynayır.





