Bakı. TurkicWorld:
Milli Məclis Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
TurkicWorld-un məlumatına görə, hesabat Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.






