Son dəqiqə

Fuad Musayev Ağdaşda vətəndaşları qəbul edib Nazirliyin Aparat rəhbəri Ağdaş rayonunda sakinlərlə görüşüb Şəhid ailələri və veteranların müraciətləri Ağdaşda dinlənilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş qəbulu Ağdaşda sosial müdafiə məsələləri üzrə qəbul keçirilib Fuad Musayev: şəhid ailələri və veteranlar daim diqqət mərkəzindədir

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Ağdaş rayonunda vətəndaşları qəbul edib

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev fevralın 5-də Ağdaş rayonunda sakinləri qəbul edib.

TurkicWorld-un nazirliyə istinadən verdiyi xəbərə görə müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

F.Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.