Son dəqiqə

Azərbaycan Bakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Süni intellekt Samir Məmmədov

Azərbaycanda süni intellektə dair yeni standartlar qəbul edilib - Samir Məmmədov

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycanda süni intellektə dair yeni standartlar qəbul edilib.

TurkicWorld xəbər verir ki, bunu rəqəmsal, inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, ölkədə bir ilkdir.

"Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb. Akademiyanın əsas məqsədi Süni İntellekt kt sahəsində mütəxəssislərin hazırlanması, ölkədə rəqamsal transformasiyanın sürətləndirilməsidir. Akademiya həmçinin gələcəkdə Azərbaycan regionunda Süni İntellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparacı mərkəzə çevrilməyə hədəfləyir. Artıq Akademiya dünyanın tanınmış universitetləri ilə əməkdaşlığa başlayıb və bu ilin növbəti həftəsində artıq Stanford Universiteti ilə birgə təlimlər keçiriləcək".

Mövzuya görə xəbərlər