Bakı, TurkicWorld
Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba 1 saylı Mediasiya Təşkilatının rəsmi təqdimatı ilə əlaqədar “Birgə həll, davamlı nəticə” adlı konfrans keçirilib.
TurkicWorld xəbər verir ki, tədbir Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, bir sıra Mediasiya Təşkilatlarının rəhbərləri və regional idarə və təşkilat rəhbərlərinin də iştirakı ilə baş tutub.
Konfransın açılış nitqində Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev çıxış edərək qonaqları salamlayıb və tədbirin rəsmi hissəsinə keçid edib.
Tədbir çərçivəsində mediasiyanın perspektivləri və əldə olunmuş uğurlar müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.