Bakı, TurkicWorld
Mülki Məcəlləyə şəxsiyyət hüquqları ilə bağlı yeni fəsil əlavə ediləcək.
TurkicWorld xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin İcraçı direktoru Samir Mahmudov deyib.
O bildirib ki, bu sənəd izahlı konsepsiya formasındadır:
"Eyni zamanda Mərkəzimiz tərəfindən həbs yerlərində saxlanılan şəxslərin "hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsi də hazırlanıb. Bu sənədin hazırlanmasında Hüquq və İnsan Haqları İnstitutunun da əməyi çox böyükdür".