Son dəqiqə

Heydər Əliyev Mərkəzi

Naomi Kempbell Heydər Əliyev Mərkəzində olub

Bakı. TurkicWorld

Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələn dünya şöhrətli supermodel Naomi Kempbell Heydər Əliyev Mərkəzində olub.

TurkicWorld-un məlumatına görə, Kempbell avtomobillər, Azərbaycan milli geyimləri, xalçaları ilə tanış olub, həmçinin Azərbaycanın tarixi və mədəniyyətini, tükənməz təbii sərvətlərini, çoxəsrlik tarixini, ölkəmizin mədəni irsini əks etdirən eksponatlara baxıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

Mövzuya görə xəbərlər