Bakı, TurkicWorld
Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Nazirliyin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciətində bildirilib.
Qeyd edilib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır.
"Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.
Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər", - məlumatda deyilir.