Fuad Alasgarov

Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb - Fuad Ələsgərov

Bakı. TurkicWorld:

Ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

F.Ələsgərov bildirib ki, hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb.

“Çoxsaylı innovasiyalar hüquq-mühafizə orqanlarında uğurla tətbiq edilməkdədir”, - deyə F.Ələsgərov əlavə edib.