Natavan heykəlinə vandallıq edən Fransa əlcəzairlilərə işkəncə edən əsgərə heykəl ucaldıb

Natavan heykəlinə vandallıq edən Fransa əlcəzairlilərə işkəncə edən əsgərə heykəl ucaldıb

Bakı. TurkicWorld:

Natavanın heykəlinə vandallıq edən Fransa əlcəzairlilərə əziyyət etməklə tanınan əsgərə heykəl ucaldıb.

TurkicWorld AzerVoice-yə istinadən xəbər verir ki, Fransada Əlcəzairlilərə işgəncə verməklə məşhur olan əsgərin xatirəsinə ucaldılan heykəllə bağlı ölkədə ciddi mübahisə yaranıb.

Belə ki, bir sıra fransalı tarixçi Fransanın şərqindəki Tul bələdiyyəsinin 1950-ci illərdə əlcəzairlilərə etdiyi işkəncəlırlə tanınan, desant polkovniki Marsel Biqardın heykəlini ucaltmaq qərarına kəskin etiraz ediblər.

Bu addım Əlcəzair və Fransanın müstəmləkəçilik keçmişinin ağrısını aradan qaldırmağa və normal münasibətlər qurmağa çalışdıqları bir vaxta təsadüf edir.

Fransanın histoirecoloniale.net saytına müsahibə verən, tarixçilər Fabrice Riceputi və Alain Ruscio bildiriblər ki,Biqardın heykəlinin ucaldılması Fransanın müstəmləkə tarixi ilə fəxr etmısi demıkdir və addım əsla alqışlana bilməz.

Xatırladaq ki, martın 10-da yerli vaxtla saat 11.00-da Belçikanın Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Səfirliyin dəstəyi ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub. Məlumatda qeyd edilir ki, səfirliyin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmas qurublar. Vaterlo rəsmiləri tərəfindən bildirilib ki, heykəl şəhərin mühafizə edilən tarixi abidələr siyahısına daxil olduğuna görə, baş verən hadisə ilə əlaqədar Vaterlo polisi tərəfindən vandalizm faktı üzrə cinayət işi açılıb.