“Qarabağ” Bakıya qayıdıb

“Qarabağ” Bakıya qayıdıb

Bakı. TurkicWorld:

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"lə qarşılaşan "Qarabağ" Bakıya geri dönüb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, komanda az əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Avrokuboklarda tarixi nəticələrə imza atan "Qarabağ"ın qarşılama mərasimi keçirilib. Komandanı idman ictimaiyyəti, media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Almaniya Bundesliqasının liderinə hər iki oyunda 2 qol vuran "Qarabağ" 1/8 final səddini keçə bilməyib – 2:2, 2:3.