Ağdamın mərkəzi parkı belə olacaq

Ağdamın mərkəzi parkı belə olacaq

Bakı. TurkicWorld:

Ağdamda 5 hektar ərazidə mərkəzi park salınacaq.

TurkicWorld xəbər verir ki, yenidən qurulan Ağdam şəhərində buraya köçürələcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılır.

Ağdamda yeni salınan yaşayış kompleksləri ilə yanaşı Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq.

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.

Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Parkın layihəsindən görüntüləri təqdim edirik: