Azərbaycanlı gimnastlar Çexiyada beynəlxalq turnirdə mükafatlar qazanıb

Azərbaycanlı gimnastlar Çexiyada beynəlxalq turnirdə mükafatlar qazanıb

Bakı. TurkicWorld:

Azərbaycanın batut üzərində tullanışlar üzrə yığmasının üzvləri Çexiyanın Jablonec nad Nisou şəhərində keçirilən "Friendship-2023" beynəlxalq turnirində mükafat qazanıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Yarışlarda ölkəmizi batut üzərində tullanışlar üzrə yığmanın üzvləri Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova, Nicat Mirzəyev təmsil ediblər.

Batut üzərində sinxron tullanış proqramında öz yaş kateqoriyaları üzrə Fərhad Mustafayev və Ömər Qasımlı, həmçinin, Əli Niftəliyev və Mehdi Əliyev qızıl medal qazanıb.

Hüseyn Abbasov və Nicat Mirzəyev sinxron tullanış proqramında gümüş medal qazanıb. Fərdi proqramda isə Hüseyn Abbasov ikinci yer tutub.