Azərbaycan erməniləri necə xilas etdi? - Üzə çıxan həqiqət (VİDEOMÜSAHİBƏ)

Azərbaycan erməniləri necə xilas etdi? - Üzə çıxan həqiqət (VİDEOMÜSAHİBƏ)

Bakı. TurkicWorld:

Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiq qalaraq Qarabağ ərazisində yaşayan erməni sakinlərin sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində lazımi tədbirlər həyata keçirir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə bu məsələlərin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

Erməni sakinlər Azərbaycanın göndərdiyi yardımları məmmunluqla qəbul edir, Azərbaycan vətəndaşlığını almağa hazır olduqlarını bildirirlər. Bu, bir daha Ermənistan və havadarlarının, eyni zamanda, bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı apardığı çirkin kampaniyaları, o cümlədən, “humanitar böhran”, “blokada” kimi şouları iflasa uğratmış oldu. Azərbaycan suveren ərazilərində nəzarəti tam bərpa edərək öz strateji hədəfinə nail oldu.

Məsələ ilə bağlı TurkicWorld-a açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan heç vaxt mülki vətəndaşları hədəf almayıb.

“Dövlətimizə qarşı kim silah qaldırıbsa, həmin şəxs bizim legitim hədəfimizə çevrilib. Bu aspektdən Azərbaycanın bu günə qədər atdığı addımlar ölkə ərazisində yaşayan mülki erməni sakinlərə humanizm kontekstindən olan yanaşma olub.

Bu yanaşma tərzi, əslində, torpaqlarını işğaldan azad edən, müharibədə qalib gələn bir dövlətin böyüklüyünü, humanist mahiyyətini nümayiş etdirən yanaşma tərzidir”, - deyə E.Mirzəbəyli əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik: