Qazimiz oğluna göstərilən diqqət və qayğıya görə Uşaq Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib.

Qazimiz oğluna göstərilən diqqət və qayğıya görə Uşaq Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib.

Bakı. TurkicWorld:

Qazi oğlu, Biləsuvar rayon Ağalı kənd sakini, 2022-ci il təvəllüdlü Hüseynov Tahir Emin oğlu 10.06.2023-cü il tarixində uzun müddətdir səbəbi bəlli olmayan bədən hərarətinin yüksək olması, dərisinin solğun, Hb göstəricisinin (5.2) aşağı, qarın həcminin böyük, qaraciyər və dalağın 6 sm ölçüdə böyük olması şikayətləri ilə TƏBİB-in tabeliyində olan Respublika Uşaq Klinik Xəstəxanasına müraciət edib.

Xəstə ağır vəziyyətdə Reanimasiya şöbəsinə qəbul olunub. Xəstəxananın direktor müavini Nərgiz Əli-Əsgərlinin rəhbərliyi ilə geniş konsilium keçirilib. Həkim-laborant Dilarə Salmanovaya təkrar yaxmaların baxılması həvalə olunub və xəstənin kultiral müayinələrində “Leyşmaniya” paraziti aşkar olunub. Tahir Hüseynova qlükantim (yaşına uyğun dozada hesablanmaqla) tətbiq olunmağa başlanılıb. Müalicənin 4-cü günü xəstənin bədən hərarəti normallaşıb. Xəstə 10.06.2023-16.06.2023-cü il tarixlərində Respublika Uşaq Klinik Xəstəxananın Reanimasiya şöbəsində müayinə və müalicə olunub, 16.06.2023-cü il tarixində I uşaq şöbəsinə köçürülüb. 24.06.2023-cü il tarixində isə kliniki yaxşılaşma ilə xəstə evə buraxılıb.

Qazi Hüseynov Emin Tahir oğlu oğluna göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Uşaq Klinik Xəstəxanasının direktor müavini Nərgiz Əli-Əsgərliyə, həkim-Kamilə Nuriyevaya, həkim-laborant Dilarə Salmanovaya və uşağının müalicəsində iştirak edən digər həkimlərə öz dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Tahir Hüseynov II Qarabağ müharibəsi qazisi Hüseynov Emin Tahir oğlunun övladıdır. Emin Hüseynov 1979-cu ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Azərbaycanın Laçın və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Hüseynov “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.