Qarabağda minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub

Qarabağda minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub

İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub.

Trend-in məlumatına görə bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan bu məqsədlə 2,9 milyon manat sərf olunub.

Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan 10,2 milyon manat vəsait sərf olunub.