İsrail hər zaman Türkiyəyə kömək etməyə hazırdır - İsrail Prezidenti

İsrail hər zaman Türkiyəyə kömək etməyə hazırdır - İsrail Prezidenti

Bakı. TurkicWorld:

İsrail dövləti hər zaman Türkiyəyə kömək etməyə hazırdır. Bu çətin zamanda qəlbimiz türk xalqının yanındadır.

TurkicWorld-in məlumatına görə, bu barədə İsaril Prezidenti İshaq Hersoq tvitter hesabında qeyd edib.

"Zəlzələ nəticəsində Türkiyənin qarşılaşdığı fəlakətə səbəbindən İsrail xalqı adından dərin kədər hissi keçirirəm. Həyatını itirən insanlara görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.