KTMT-nin baş katibi ermənilərin ümidlərini boşa çıxardı

KTMT-nin baş katibi ermənilərin ümidlərini boşa çıxardı

Bakı. TurkicWorld:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Laçın dəhlizi ilə bağlı məsələnin həllinin qurumun məsuliyyət dairəsindən kənarda olduğu qənaətinə gəlib.

TurkicWorld-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə KTMT-nin baş katibi Stanislav Zas bildirib.

“Bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət olmayıb. Biz belə qənaətdəyik ki, bu məsələ KTMT-nin məsuliyyət dairəsindən kənardadır”, - deyə Zas qeyd edib.