...

Ermənistanla Türkiyə arasında kommunikasiya çətinliklərini aradan qaldırmaq mümkün olub - Paşinyan

Siyasət Digər xəbərlər 2 Noyabr 2022 13:42
TurkicWorld Daspina Hasanova
Ermənistanla Türkiyə arasında kommunikasiya çətinliklərini aradan qaldırmaq mümkün olub - Paşinyan

Bakı. TurkicWorld:

Ermənistanla Türkiyə arasında kommunikasiya çətinliklərini aradan qaldırmaq mümkün olub.

TurkicWorld-un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu bu gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, bu il onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı, daha sonra isə Praqada görüşü baş tutub.

"Hesab edirəm ki, vəziyyətdə vacib dəyişikliklər var. Vəziyyəti təhlil edərkən başa düşdüm ki, avqust-oktyabr aylarında biz Türkiyə tərəfi ilə kommunikasiya çətinliklərinin öhdəsindən gələ bilmişik", - deyə o bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti