Son dəqiqə

Azərbaycan XİN İran-İsrail qarşıdurması

İndiyədək 300 Azərbaycan vətəndaşı quru sərhədi ilə İrandan Azərbaycana keçib

BAKI, TurkicWorld

İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib.

Bildirilib ki, Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülür.

Mövzuya görə xəbərlər