Son dəqiqə

Azərbaycan BMT-nin mötəbər Regional Forumunda sədr müavini seçildi Banqkokda 13-cü UNESCAP Forumu: Azərbaycan İdarəedici Büroda təmsil olunur İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov UNESCAP Forumunun rəhbərliyində Azərbaycanın Dayanıqlı İnkişaf uğuru: BMT platformasında yeni vəzifə Asiya və Sakit Okean regionunun 1200 nümayəndəsi Banqkokda toplandı DİM-lər üzrə 13-cü Regional Forum başladı: Azərbaycanın strateji rolu

Azərbaycan UNESCAP-ın Dayanıqlı İnkişaf Forumunda sədr müavini seçilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Banqkok şəhərində dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumu öz işinə başlayıb.

TurkicWorld İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Forumun İdarəedici Bürosuna üzv seçilib. Ölkəmizi Forumun sədr müavini qismində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov təmsil edir.

Tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir. Forumda Asiya və Sakit Okean regionu ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində mövcud çağırışlar, prioritetlər və əməkdaşlıq imkanları müzakirə olunur.