Bakı, TurkicWorld
Böyük hərflərlə yazılmış "SÜLH" sözünün fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxırlar.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
O, qeyd edib ki, təsadüf kimi görünə biləcək bu məqam əslində dərin simvolik məna daşıyır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsisçi üzv dövlət qismində Sülh Şurasının ilk iclasında iştirak edir. Sülh Şurasının təsisçi sədri qismində Prezident Donald Tramp Azərbaycan–Ermənistan sülh gündəliyinin əhəmiyyətini bir daha vurğulayıb", - paylaşımda qeyd olunub.






