Son dəqiqə

ABŞ Vitse-prezidenti Azərbaycan və Ermənistana səfəri ilə bağlı paylaşım etdi

Bakı. TurkicWorld:

ABŞ Vitse-prezidenti Cey Di Vens Cənubi Qafqaza səfəri ilə bağlı öz rəsmi "X" səhifəsində paylaşım edib.

Bu barədə TurkicWorld məlumat verir.

Məlumatda Vitse-prezidentin bu həftə Azərbaycan və Ermənistana sülh naminə tarixi səfər etdiyi vurğulanır.

"Bu, Amerika Birləşmiş Ştatlarının Prezidentinin yürütdüyü xarici siyasətdə sadiq olduğu məsələlərdəndir... Prezident Tramp bu tərəfdaşlığa sadiqdir və elə mən də. – Vitse-prezident Vens", - deyə qeyd olunub.