Azərbaycan və Türkiyə bundan sonra da qlobal arenada sülhün bərqərar olmasına öz töhfələrini verəcəklər - Ceyhun Bayramov

Azərbaycan və Türkiyə bundan sonra da qlobal arenada sülhün bərqərar olmasına öz töhfələrini verəcəklər - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyə bundan sonra da qlobal arenada sülhün bərqərar olmasına öz töhfələrini verəcəklər.

TurkicWorld xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yazıb.

"Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxış etməkdən məmnun oldum. Azərbaycan və Türkiyə müttəfiqlər olaraq etibarlı və fəal aktorlar kimi qlobal arenada sülhün, təhlükəsizliyin və rifahın bərqərar olmasına töhfə verməyə davam edəcəklər", - deyə XİN rəhbəri bildirib.