...

Qarabağın dirçəlişi regionda nəqliyyat əlaqələrinin inkişafına xidmət edəcək - Ceyhun Bayramov (FOTO)

Siyasət Digər xəbərlər 2 Avqust 2022 15:21
TurkicWorld Daspina Hasanova
Qarabağın dirçəlişi regionda nəqliyyat əlaqələrinin inkişafına xidmət edəcək - Ceyhun Bayramov (FOTO)

Qarabağın dirçəlişi regionda nəqliyyat əlaqələrinin inkişafına xidmət edəcək.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.

"Azad edilmiş ərazilərdə nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin bərpası bütün Cənubi Qafqaz regionunun xeyrinə əlaqələrin genişlənməsinə xidmət edəcək", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Özbəkistan nəqliyyat sektorunda münasibətlərin inkişafı barədə uğurlu danışıqlar keçirib.

"Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu və Orta Dəhliz kimi nəqliyyat xətlərindən istifadə etməklə regionumuzda kommunikasiyaların inkişafı üçün səylər göstərməliyik", - deyə o bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti