Son dəqiqə

Azərbaycan Tərtər Ali Məhkəmə Tərtər işi

Məhkəmə “Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucovla bağlı qərar verib

BAKI,TurkicWorld

"Tərtər işi" ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə sonuncu məhkəmə prosesi baş tutub.

TurkicWorld xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilib. Generalın cəzası 9 il 6 aydan 3 il endirilərək 6 il 6 ay qəti cəza saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilib.

Mövzuya görə xəbərlər