...

Madriddə Türkiyə, Finlandiya, İsveç və NATO liderlərinin zirvə görüşü keçirilib

Siyasət Digər xəbərlər 29 İyun 2022 00:30
TurkicWorld Daspina Hasanova
Madriddə Türkiyə, Finlandiya, İsveç və NATO liderlərinin zirvə görüşü keçirilib

Bakı. TurkicWorld:

Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə dördtərəfli görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, danışıqlar NATO dövlət başçılarının zirvə toplantısı çərçivəsində İFEMA Konqres Mərkəzində keçirilib.

Müzakirələr mətbuata qapalı olub və iki saat davam edib.

Məsləhətləşmələr NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə keçirilib.

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan iştirak edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti