IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidə (FOTO)

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidə (FOTO)

Füzuli. TurkicWorld:

IX Qlobal Bakı Forumunun iştirakçılarını gətirən təyyarə Füzuli Hava Limanına eniş edib.

TurkicWorld-un məlumatına görə, qonaqlar burdan Şuşaya səfər edəcəklər.

Şuşada IX Qlobal Bakı Forumunun iştirakçıları panel müzakirələr aparacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.