Ermənistan və Azərbaycan baş nazir müavinləri səviyyəsində növbəti görüşdə ortaya hansısa bir sənədin qoyulmasını gözləyirik - Ceyhun Bayramov

Ermənistan və Azərbaycan baş nazir müavinləri səviyyəsində növbəti görüşdə ortaya hansısa bir sənədin qoyulmasını gözləyirik - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Yaxın zamanlarda Ermənistan və Azərbaycan arasında baş nazirlərin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi zamanı artıq ortaya hansısa bir sənədin qoyulmasını gözləyirik.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə artıq bir ildən çoxdur öz sistemli addılarını atır. “Artıq bu barədə geniş məlumat yayılıb ki, Azərbaycan ərazisində Ermənistan sərhədlərinə doğru həm dəmir, həm avtomobil yolları üzrə işin icra əmsalı kifayət qədər yüksəkdir və 2023-cü ildə həm dərmir yolunun, həm də avtomobil yolunun inşası Azərbaycan ərazisində başa çatacaq.

"Eyni zamanda, bütün bu müzakirələrin uzun müddət çəkməsi və uzun müddət ərzində konkret nəticələrinin əldə olunmaması Azərbaycan dövlətini bu çox önəmli nəqliyyat infrastrukturunun inkişaf etməsindən dayandıra bilməzdi. Onu da bilirsiniz ki, mart ayında İran İslam Respublikası ilə razılıq əldə edilib və orada çoxəməlli tədbirlər həyata keçirilir. Biz düşünürük ki, yazın zamanlarda növbəti addımların şahidi olacağıq. Yəni istənilən halda Azərbaycan İran ərazisi üzərindən də alternativ yolun çəkilməsi işini davam etdirəcək və bu marşrut işlək vəziyyətə gətiriləcək.

Düşünrəm ki, artıq Ermənistanın da burada normal, praqmatik və üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirərək işləri başa çatdırması müəyyən mənada öz marağındadır”, - deyə nazir qeyd edib.