...

Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlar atılır - Nazir

Siyasət Digər xəbərlər 26 May 2022 17:01
TurkicWorld Daspina Hasanova
Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlar atılır - Nazir

Bakı. TurkicWorld:

Post münaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, bu baxımdan, Brüssel görüşünü yüksək qiymətləndiririk.

"Müstəqillik qazandıqdan sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməməsinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi idi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra sərhədlərin müəyyən edilməsinin də hüquqi müstəvidə həll edilməsinin zamanı çatıb. Brüssel görüşündə əsas məqam ondan ibarətdir ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın tərkibi artıq təsdiqlənib, - nazir qeyd edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti