Türkiyə prezidenti Azərbaycanla balıqçılıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib

Türkiyə prezidenti Azərbaycanla balıqçılıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair sazişi"u təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə müvafiq qərar "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, sözügedən sənəd 2021-ci il noyabrın 11-də Ankarada imzalanıb.