Türkiyə könüllü şəkildə ölkələrinə qayıtmaq istəyən suriyalılara kömək edəcək- Ərdoğan

Türkiyə könüllü şəkildə ölkələrinə qayıtmaq istəyən suriyalılara kömək edəcək- Ərdoğan

Türkiyə könüllü şəkildə ölkələrinə qayıtmaq istəyən suriyalılara kömək edəcək.

TurkicWorld-un məlumatına görə , bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qedy edib ki , suriyalı qaçqınlara kömək məsələsində Türkiyə təkbaşına qalsa da , suriyalıların ölkələrinə qayıtması üçün əlimizdən gələni edirik.

“Türkiyə olaraq xüsusilə PKK, YPG, FETÖ və İŞİD kimi terror təşkilatları ilə mübarizəmizi davam etdiririk” – deyə Prezident qeyd edib.

Xatırladaq ki, Türkiyə üç milyondan çoxu suriyalı olmaqla beş milyona yaxın köçkünə müvəqqəti ev sahibliyi edir.