Bakı, TurkicWorld
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, Bakı şəhərində "Qərargah danışıqları" keçirilib.
TurkicWorld bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında güclənən əlaqələrin hərb sahəsinə də müsbət təsirinin olduğu qeyd edilib. Cari dövrdə həm regional, həm də beynəlxalq təhlükəsizliyin önəmindən danışan tərəflər dünyada sülhün təmin olunması üçün birgə çalışmağın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan və İtaliyanın hərb sahəsində qurulan əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Hərbi-texniki, hərbi təhsil sahələri üzrə əməkdaşlıq fəaliyyətləri təhlil olunub.
Təqdim olunan brifinqlərdən sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Görüşün sonunda protokollar imzalanıb.