Son dəqiqə

Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Bakı,TurkicWorld

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədəTurkicWorld -ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızıl gül dəstələri düzüb.

Mövzuya görə xəbərlər