Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər Xiyabanını ziyarət edib.

TurkicWorld-un məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində bildirib.

"Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun", - deyə paylaşımda qeyd olunub.