Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək - Lavrov

Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək - Lavrov

Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya komissiyanın yaradılması məsələsinin tezliklə həll olunmasına ümid edir.

"Dünən mən erməni həmkarımla danışmışam. Müəyyən təkliflər formalaşıb, biz onları Bakıya təqdim edirik. Komissiyanın tezliklə işə başlaması üçün nə etmək lazım olduğuna baxacağıq", - deyə o bildirib.