"Crocus City Hall"da törədilən terror aktının bütün iştirakçıları cəzalandırılacaq - Lavrov

"Crocus City Hall"da törədilən terror aktının bütün iştirakçıları cəzalandırılacaq - Lavrov

Bakı. TurkicWorld:

"Crocus City Hall"da törədilən terror aktının bütün iştirakçıları cəzalandırılacaqlar.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər hansı nəticə əldə etmək üçün istintaqın bitməsini gözləmək lazımdır.

"İstintaq hələ faktlar üzərində çalışır, yeni hallar aşkarlanır, lakin aşkar versiyaları istisna etməyə haqqımız yoxdur", - o deyib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.