Türkiyə Ermənistana xüsusi nümayəndə təyin edib

Türkiyə Ermənistana xüsusi nümayəndə təyin edib

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə keçmiş ABŞ səfiri Serdar Kılıçı təyin edib.

TurkicWorld yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-yə səfəri zamanı açıqlayıb.

Türkiyə XİN rəhbəri əlavə edib ki, normallaşma prosesi üzrə işlər Azərbaycanla koordinasiyalı şəkildə aparılır.