Aİ Şurası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edəcək

Aİ Şurası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edəcək

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Şurası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə "TASS" agentliyi Aİ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, müzakirələr martın 18-də keçiriləcək iclas çərçivəsində aparılacaq.

"Avropa İttifaqının 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, İrəvan-Bakı münasibətlərinin tənzimlənməsi də daxil olacaq", - deyə Aİ-dən vurğulayıblar.