Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb - XİN rəhbəri

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb - XİN rəhbəri

Bakı. TurkicWorld:

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb.

TurkicWorld xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bu gün digər məsələlərlə yanaşı olaraq Ermənistanla münaqişədən sonrakı vəziyyət, bərpa və qurulucuq işləri, məcburi köçkünlərin geri dönüşü, minalardan təmizlənməsi barədə məlumatla bölüşdüm.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edildikdən sonra Ermənistanla sülhün əldə olunması üçün tarixi şans yaranıb və Azərbaycan bunun üçün lazım olan addımları atır. Beynəlxalq ictimaiyyət Ermənistanı revanşint ideyalardan yayındırmaq, danışırlara sövq etmək üçün müsbət addımlar atmalıdır”, - deyə nazir bildirib.