Bakı. TurkicWorld:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın xarici işlər naziri Jan Lipavski ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.
Qeyd edək ki, 22 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.