Ceyhun Bayramov Çexiya baş naziri ilə COP29-la bağlı məsələləri müzakirə edib

Ceyhun Bayramov Çexiya baş naziri ilə COP29-la bağlı məsələləri müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiya Baş naziri Petr Fiala ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında qeyd edilib.

Qeyd edilib ki görüşdə Azərbaycan və Çexiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la bağlı məsələlər və regionda münaqişədən sonrakı dinamika müzakirə edilib.

Xatırladaq ki, 22 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.