COP29da bütün dünyanın diqqəti Azərbaycanda olacaq - Böyük Britaniyanın baş naziri

COP29da bütün dünyanın diqqəti Azərbaycanda olacaq - Böyük Britaniyanın baş naziri

COP29da bütün dünyanın diqqəti Azərbaycanda olacaq.

TurkicWorld xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın baş naziri Rişi Sunakın XI Qlobal Bakı Forumun iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

"COP29-da maliyyə mənbələrinə diqqət yetiriləcək. Biz öz təcrübələrimizi Azərbaycanla bölüşməyə hazırıq.

Bakı Qlobal Forumunun bugünki iclasında birgə təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediləcək. Azərbaycan gələcəyi ilə bağlı yol kəsişməsindədir. Bu ilin noyabrında səfər zaman Cənubi Qafqaz ölkələrini sülh içərisində görmək daha yaxşı olardı. Böyük Britaniya qarşılıqlı firəvanlıq naminə dəyişməyə və genişlənməyə davam edir. COP29-un uğurlu keçirilməsi üçün Böyük Britaniya Azərbaycanın yanında olacaqdır”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.